«Qəbələ» Antalya toplanışına start verdi 
Xəbərlər / 15 Yanvar 2022 | 20:22220
«Qəbələ» Antalya toplanışına start verdi 

Mövsümün ikinci yarısının hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib. Günün ilk yarısında Antalyaya çatan “qırmızı-qaralar” “İC Santai” otelində məskunlaşıb. Komandamız qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov komandadan ayrı fərdi məşqlə kifayətlənib.