«Qəbələ» Antalyada 5-ci oyununu keçirdi - Fotoreportaj
Oyun icmalı / 23 Yanvar 2015 | 11:221604
«Qəbələ» Antalyada 5-ci oyununu keçirdi - Fotoreportaj

“Qəbələ” – “Kuban” (Rusiya) – 0:2

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində 5-ci oyununu keçirib. Komandamız Rusiya Premyer Liqasında çıxış edən Krasnodarın “Kuban” klubu ilə qarşılaşıb. "Qəbələ" "Kuban" önünə aşağıdakı heyətlə çıxıb:

22. Dmitri Bezotosnı (30. Anar Nəziov)
15. Ruslan Abışov (26. Mixail Sivakov)
44. Rafael Santos
7. Ruslan Əmircanov
34. Ürfan Abbasov (16. Ruslan Tağızadə)
4. Elvin Camalov (9. Viktor Mendi)
19. Aleksey Qay
6. Rəşad Sadiqov
14. Cavid Hüseynov (99. Tellur Mütəllimov)
27. Bəxtiyar Soltanov (90. Ekiqo Ehiosun)
18. Ruslan Fomin

Oyun qarşılıqlı hücumlarla başlayıb. Rusiyalılar artıq 3-cü dəqiqədə Tkaçovun qolu ilə hesabda önə keçib. Buraxılan qoldan sonra “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. Bir neçə təhlükəli epizod yaratsa da, yenə “Kuban” qol sevinci yaşayıb. 14-cü dəqiqədə Balde fərqi artırıb. Bundan sonra oyun bərabər səviyyəli mübarizə şəraitində keçib. Hər iki komandanın hücumları ilə keçən görüşün 37-ci dəqiqəsində rusiyalıların futbolçusu qırmızı vərəqə ilə cəzalanıb. Lakin qarşılıqlı razılığa əsasən, cəzalanan oyunçu komanda yoldaşı ilə əvəzlənib. Matç komandamızın iki futbolçusunun məcburi əvəzlənməsi ilə də diqqət çəkib. Belə ki, Ürfan Abbasovla Bəxtiyar Soltanov xəsarət alaraq, meydanı tərk edib. Bundan sonra komandaların səylərinə baxmayaraq hesab dəyişməyib. “Qırmızı-qaralar” bir neçə dəfə fərqi minimuma endirməyə yaxın olsa da, “Kuban”ı qapıçısı xilas edib. Beləliklə, “Qəbələ” Antalyada keçirdiyi 5-ci yoxlama oyununda 0:2 hesabı ilə məğlub olub.