«Qəbələ» Antalyada iki yoxlama oyunu keçirəcək
Xəbərlər / 6 Dekabr 2022 | 17:081570
«Qəbələ» Antalyada iki yoxlama oyunu keçirəcək

“Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. “Qırmızı-qaralar” 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq. Komandamız 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda  “Limak Limra” otelində məskunlaşacaq.

Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.