«Qəbələ» Antalyada ilk oyununu keçirdi
Xəbərlər / 18 Yanvar 2022 | 18:20356
«Qəbələ» Antalyada ilk oyununu keçirdi

“Qəbələ” – “Zaqlembe” (Polşa) – 1:2

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” Antalya toplanışındakı ilk sınağında Polşa təmsilçisi “Zaqlembe” ilə qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib: Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Asif Məmmədov, Stefan Vukçeviç, Fernan Lopez, Rafael Utziq, Rövlan Muradov, Ülvi İskəndərov.

Görüş erkən qolla başlayıb. Fernan Lopez 9-cu dəqiqədə “Qəbələ”ni hesabda önə çıxarıb. Bu, fasiləyədək vurulan yeganə qol olub. İlk yarıdan sonra və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən az sonra polşalılar hesabda tarazlıq yaradıblar. Matçın bitməyinə 11 dəqiqə qalmış daha bir qol vuran “Zaqlembe” 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə, 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək