«Qəbələ» Antalyada ilk oyununu keçirdi - Video
Xəbərlər / 16 Yanvar 2019 | 19:08866
«Qəbələ» Antalyada ilk oyununu keçirdi - Video

“Qəbələ” – “Meppen” (Almaniya) – 1:2

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıb. Görüş “Papilon otelinin meydançaları”nda baş tutub. Baş məşqçi Sənan Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Urfan Abbasov, Sabien Lilay.

Komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki bölümündə qapılara qol vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qırmızı-qaralar”ın heyətində Anar Nəzirov, Murad Popov, Amin Seydiyev, Rasim Ramaldanov, Rövlan Muradov, Davit Volkovi, Qismət Alıyev, Roman Hüseynov, həmçinin baxışda olan braziliyalılar Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Neves meydana daxil olublar. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurub. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandamızın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

Xatırladaq ki, “Qəbələ” Antalyada növbəti oyununu yanvarın 20-də keçirəcək. “Qırmızı-qaralar”ın rəqibi Rusiya təmsilçisi “Yenisey” olacaq.