«Qəbələ» Antalyada üçüncü oyununu keçirdi
Xəbərlər / 16 Yanvar 2023 | 17:451865
«Qəbələ» Antalyada üçüncü oyununu keçirdi

“Qəbələ” – “Teplitse” (Çexiya) – 1:2

Ramon Maçado

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında üçüncü matçına çıxıb.

Sonuncu sınaqda rəqib “Teplitse” olub. Baş məşqçi Elmar Baxşıyev Çexiya təmsilçisi ilə görüşdə aşağıdakı start heyətinə şans verib: Səlahət Ağayev, Urfan Abbasov, Məqsəd İsayev, Murad Musayev, Ruan Renato, Feras Abu Akal, İsnik Alimi, Rövlan Muradov, Ramon Maçado, Felipe Santos, Emil Səfərov.

Qarşılaşmada bütün qollar ilk 45 dəqiqədə vurulub. Öncə çexiyalılar hesabı açsa da, Ramon Maçado bərabərlik qoluna imza atıb. Fasiləyədək penalti imkanı qazanan rəqib bu şansdan yararlanıb. Fasilədə və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar” hesaba tarazlıq gətirməyə çalışsa da, ikinci yarıda qol vurulmayıb. Beləliklə, komandamız Antalyadakı son matçında 1:2 hesabı ilə uduzub. Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib.

Komandamız yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.