«Qəbələ» Antalyadan sülhlə ayrılır
Xəbərlər / 1 Fevral 2013 | 22:32299
«Qəbələ» Antalyadan sülhlə ayrılır

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədəki toplanış çərçivəsində sonuncu - 6-cı yoxlama oyununa çıxıb. Ramiz Məmmədovun komandası bu dəfə Moldovanın "Milsami" klubu ilə qarşılaşıb. Qarşılaşma 2:2 hesabilə yekunlaşıb. Qırmızı-qaraların heyətində Şəhriyar Xəlilov və Viktor Mendi fərqlənib. Bu matçla Antalya toplanışına yekun vuran "Qəbələ" fevralın 2-i səhər saatlarında vətənə yollanacaq.
 
Xatırladaq ki, “Qəbələ” Türkiyədəki ilk sınaq matçında Almaniyanın "İnqolsdatd" klubuna 3:4 hesabıyla uduzmuşdu. Ukraynanın "Volın" klubuna 2:1 hesabıyla qalib gələn təmsilçimiz bu ölkənin digər təmsilçisi "Metallurq"la sülh bağlamışdı – 1:1. Rumıniyanın "Petrolul" və "Steaua" klubu ilə qarşılaşmalarda isə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qeydə alınmışdı.