«Qəbələ» Antalyaya yollanır
Xəbərlər / 4 Yanvar 2014 | 09:17236
«Qəbələ» Antalyaya yollanır

“Qəbələ” sabah - yanvarın 5-də günorta saatlarında təlim-məşq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq. Komanda toplanış boyunca Belek bölgəsində yerləşən "Gloria Sereniti" otelində məskunlaşacaq.  Baş məşqçi Yuri Syomin yanvarın 5-dən 27-dək  keçiriləcək hazırlıq prosesinə əvəzedici heyətdən 2 futbolçu cəlb edib. Bunlar müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimovdur. 
"Qəbələ" toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. "Qırmızı-qaralar"ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidir:

13 yanvar - "Qəbələ" - "Tobol" (Qazaxıstan)
16 yanvar - "Konyaspor" (Türkiyə) - "Qəbələ"
20 yanvar - "Qəbələ" - "Spartak" Semipalatinsk (Qazaxıstan)
22 yanvar - "Qəbələ" - "Volqa" (Rusiya)