«Qəbələ» «Apollon»la cavab oyununun hazırlığına başladı
Xəbərlər / 2 Avqust 2015 | 09:51165
«Qəbələ» «Apollon»la cavab oyununun hazırlığına başladı

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib. İyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyunun (1:1) ardından bir gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib. Dünən baş tutan axşam məşqi ADBTİA stadionunda keçirilib. Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar. “Qəbələ” avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın hazırlığını paytaxtda davam etdirəcək. Komandamız bu gün axşam məşqini İsmət Qayıbov adına Bakıxnov qəsəbə stadionunda gerçəkləşdirəcək.
Xatırladaq ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
6 avqust
21:00. "Qəbələ" - "Apollon" (Limassol, Kipr)
Baş hakim: Duarte Nunu Pereyra Qomes (Portuqaliya)
Baş hakimin köməkçiləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (hər ikisi Portuqaliya)
Dördüncü hakim: Brunu Migel Duarte Payxao (Portuqaliya)
Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
Bakı, "Bakcell Arena"
İlk oyun – 1:1