“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz-Naxçıvan”la ilk oyununun hazırlığını başa vurub. “Qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun köməkçi meydançasında məşq edib.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesində komandamız toplu və topsuz çalışmaları yerinə yetirib. Sabah baş tutacaq matç “Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.