«Qəbələ» – «Araz Naxçıvan» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 21 Noyabr 2022 | 12:401318
«Qəbələ» – «Araz Naxçıvan» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda mövsümün ilk təyinatları açıqlanıb. 1/8 final mərhələsinin hakimləri müəyyənləşib. “Qəbələ”nin “Araz Naxçıvan”la matçını Kamranbəy Rəhimov idarə edəcək. Sabahkı görüşdə onun köməkçiləri Asiman Əzizli və Şirmamed Mamedov olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmada dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 22-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.

Azərbaycan kuboku

1/8 final

22 noyabr (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu