Misli Premyer Liqasında X turun təyinatları açıqlanıb. Oktyabrın 20-22-də baş tutacaq görüşlərin hakimləri də bəlli olub. “Qəbələ”nin “Araz-Naxçıvan”la matçının təyinatları da müəyyənləşib. Turun son gününə təsadüf edəcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
Xatırladaq ki, oktyabrın 22-də Qəbələ şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.
Misli Premyer Liqası
X tur
22 oktyabr (bazar)
16:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu