Misli Premyer Liqasının XXXV turunun təyinatları açıqlanıb. Mayın 17-19-da baş tutacaq görüşlərin hakimləri bəlli olub.
“Qəbələ”nin “Araz-Naxçıvan”la ev matçının təyinatları da müəyyənləşib. Turun son günündə keçiriləcək qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq.
Qeyd edək ki, mayın 19-da Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XXXV tur
19 may
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu