Misli Premyer Liqasında XIII turun təyinatları açıqlanıb.
Turun son günündə keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” matçının baş hakimi Kamal Umudlu olacaq. Ona Vüsal Məmmədov və Namiq Hüseynov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək. Rauf Cabarov VAR, Kamran Əliyev AVAR olacaq. İmanxan Sultani görüşün hakim-inspektoru, Namiq Əliyev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 30-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.