“Qəbələ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Aprel 2026 | 09:247
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXIX turun təyinatları açıqlanıb.

 

“Qəbələ” – “Araz-Naxçıvan” oyununu Kamal Umudlu idarə edəcək. Namiq Hüseynov və Vüsal Məmmədov baş hakimin köməkçiləri, Ruslan Quliyev dördüncü hakim olacaq.

Vüqar Həsənli VAR, Əkbər Əhmədov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.

 

Qeyd edək ki, aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.