Misli Premyer Liqasında II dövrənin ilk oyun cədvəli açıqlanıb. Oktyabrın 20-22-də keçiriləcək X turun qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib.
“Qəbələ”nin “Araz-Naxçıvan”la ev oyununun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 16:30-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
X tur
22 oktyabr (bazar)
16:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu