«Qəbələ» ardıcıl 3-cü dəfə finalda
Xəbərlər / 1 May 2019 | 19:44248
«Qəbələ» ardıcıl 3-cü dəfə finalda

“Qarabağ” – “Qəbələ” – 2:1

Azərbaycan Kuboku, ½ final mərhələsi, cavab oyunu

1 may 2019. Saat 17:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 2000 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Pərvin Talıbov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov 

Sarı vərəqələr: Mahir Mədətov, 30 (qeyri-idman hərəkəti) // Cavid Hüseynov, 20 (hakimin qərarına etiraz); Voislav Stankoviç, 49 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 65 (qeyri-idman hərəkəti); Sabien Lilay, 83 (oyunun bərpasınə ləngitdiyinə görə); Atakora Lalavele, 85 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə)

Qırmızı vərəqə: Markos Madera, oyundan sonra (rəqibə başla zərbə vurduğuna görə) 

Qollar: Markos Madera, 37; Dani Kintana, 58 // Davit Volkov, 82

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

İlk oyun – 0:1

 

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu Tofiq Bəhramov adına stadionunda keçirilib. “Qəbələ” Ağdamın “Qarabağ” klubunun qonağı olub.

Görüşün startında daha fəal olan meydan sahibləri matça ardıcıl hücumlarla başlayıb. Müdafiədə etibarlı oyun göstərən “qırmızı-qaralar” ilk qarşılaşmada qazandığı minimal üstünlüyü qorumaq, imkan düşdükcə əks-hücumlarda fərqlənməyə çalışıb. İlk hissənin sonlarında “Qarabağ” hesabı açmağa nail olub. Bu qol oyunun axarını da dəyişib. “Qəbələ” üstünlüyü ələ alaraq bərabərlik qolu vurmaq üçün irəli atılıb. Lakin fasiləyədək hesab dəyişməyib.

İkinci yarıda azarkeşlər daha maraqlı futbol izləyiblər. Öncə meydan sahibləri fərqləniblər. İkinci qolu vuran ağdamlılar ümumi hesabı xeyirlərinə dəyişiblər. Lakin finala vəsiqə üçün sonadək mübarizə aparan “Qəbələ”nin hücumları da kifayət qədər kəsərli alınıb. Belə həmlələrdən birində Davit Volkov fərqlənib. Bundan sonra “Qarabağ” daha çox hücum etməyə məcbur olub ki, “qırmızı-qaralar” da sürətli əks-həmlə imkanları qazanıb. Lakin hesab dəyişməyib və qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Nəticədə “Qəbələ” səfərdə vurulan qolun gətirdiyi üstünlük hesabına finala yüksəlib. Tarixində 4-cü dəfə həlledici qarşılaşmada oynayacaq komandamız ardıcıl üçüncü dəfə buna nail olub. “Qırmızı-qaralar”ın finaldakı rəqibi bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” matçında bəlli olacaq.

 

“Qarabağ”

12. Şahruddin Məhəmmədəliyev

4. Rahil Məmmədov

30. Abbas Hüseynov

(19. Filip Ozobiç, 88)

55. Bədavi Hüseynov (k)

20. Riçard Almeyda

17. Abdullah Zubir

6. Simeon Slavçev

(9. Araz Abdullayev, 84)

77. Donald Qerye

8. Markos Madera

10. Dani Kintana

11. Mahir Mədətov

 

Ehtiyat oyunçular:

 

94. Nicat Mehbalıyev

14. Rəşad Sadıqov

2. Qara Qarayev

7. İnnosent Emeqara

99. Reynaldo Silva

18. İsmayıl İbrahimli

21. Hacıağa Hacılı

71. Toral Bayramov

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ” 

1. Anar Nəzirov

34. Urfan Abbasov

14. Cavid Hüseynov (k)

4. Elvin Camalov

(21. Atakora Lalavele, 62)

10. Rauf Əliyev

(5. Rasim Ramaldanov, 90+3)

3. Voislav Stankoviç

17. Ceyms Adeniyi

88. Sabien Lilay

(11. Asif Məmmədov, 84)

9. Davit Volkov

27. Bəhlul Mustafazadə

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

35. Murad Popov

18. İlqar Qurbanov

8. Qismət Alıyev

7. Roman Hüseynov

98. Rövlan Muradov

 

Baş məşqçi: Zaur Həşimov