“Qəbələ” Topaz Premyer Liqasının X turunun AZAL-la oyununun hazırlıqlarına başlayıb. IX turun oktyabrın 25-də keçirilən “Zirə” ilə oyunundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. Səhər baş tutan məşqdə komandamız iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” sabah səhər növbəti məşqini keçəcək.
Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək X turun “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.