«Qəbələ» Azərbaycan birinciliyinin qalibi oldu
Xəbərlər / 16 İyul 2021 | 12:11194
«Qəbələ» Azərbaycan birinciliyinin qalibi oldu

“Qəbələ”nin yeniyetmələrdən ibarət komandası reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibi olub. İlk dəfə təşkil olunan yeniyetmələr arasında birincilik Şəmkirdə baş tutub. Üç gün davam edən yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Reqbi Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. “Qəbələ” Şəmkir Olimpiya İdman Kompleksində baş tutan yarışda mübarizə aparan 8 komanda arasında ən yaxşı olub. Komandamız Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir və Gədəbəy komandalarını üstələyib.

Xatırladaq ki, olimpiya növü olan reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilib.