«Qəbələ» Azərbaycan Kubokunda bürünc medallara sahib oldu
Xəbərlər / 25 Dekabr 2013 | 15:46271
Cüdo üzrə klublararası Azərbaycan Kubokunun final mərhələsinə yekun vurulub. Dövrə yarışında uğurla çıxış edərək dördlər finalına vəsiqə qazanan "Qəbələ" həlledici mərhələdə" "Neftçi ilə qarşılaşıb. 10 çəki dərəcəsində baş tutan qarşılaşma "Neftçi"nin 6:4 hesablı qələbəsi ilə sona çatıb və təmsilçimiz Azərbaycan Kubokunu 3-cü pillədə - bürünc medallarla bitirib. "Qəbələ" final yarışında aşağıdakı cüdoçularla mübarizə aparıb:
- 66 kq: İsmayıl Rzayev
- 73 kq: Rüfət İsmayılov
- 81 kq: Mərdan Qədirli
- 60 kq: Bitkili Şükvani
- 66 kq: Mirzə Əsgərov
- 73 kq: Orxan Dünyamalıyev
- 81 kq: Soltan Ağayev
- 90 kq: Vasif Şərbətli
- 100 kq: Cəlil Şükürov
+100 kq: Andrey Fatiyev
Cüdoçularımızdan Bitkili Şükvani, Orxan Dünyamlıyev, Cəlil Şükürov və Andrey Fatiyev rəqiblərini məğlub etməyi bacarıb.
Qızıl medallar uğrunda "Attila" və "Neftçi" üz-üzə gəlib. Qarşılaşma "Attila"nın qələbəsi ilə tamamlanıb və komanda qızıl medallara sahib olub.
Qarşılaşmaların ardından komandalar medal, diplom və hədiyyələrlə təltif olunub.