“Səbail” – “Qəbələ” – 0:1
Azərbaycan Kuboku, 1/2 final cavab oyunu
27 aprel 2023. Saat 20:00. “ASCO Arena”, 1300 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Vüqar Həsənov, 28, 47 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 63 (qeyri-idman hərəkəti), 90+5 (hakimin qərarına etiraz); David Qomis, 68 (qeyri-idman hərəkəti); Matiya Lyuyiç, 75 (hakimin qərarına etiraz); Qustavo de Fransa, 78, 90+1 (qeyri-idman hərəkəti) // Rafael Utziq, 73 (oyun qaydalarının sistematik şəkildə pozulması); İsnik Alimi, 75 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 90+1 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+2 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Vüqar Həsənov, 47; Qustavo de Fransa, 90+1; Adil Nağıyev, 90+5
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kərim Diniyev, (“Səbail”) 90+3 (qeyri-idman hərəkəti)
Qol: İsnik Alimi, 48 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
İlk oyun – 2:3
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. “Qəbələ” “Səbail”lə cavab oyununu keçirib.
“ASCO Arena”dakı görüş qarşılıqlı hücumlarla başlayıb. Matçın əvvəlində Ramon Maçadonun zərbəsi yaddaqalan olub. Əlverişli mövqedən zərbə endirən Rafael Utziq də hədəfə düşməyib. Meydan sahiblərinin fərqlənməsinə isə Kristof Atanqananın etibarlı oyunu imkan verməyib. İlk yarıda rəqib qapıçı da bir neçə zərbəni dəf etməklə “qırmızı-qaralar”ın hesabı açmasına mane olub. İsnik Aliminin qüvvətli zərbəsi zamanı isə top tirdən dönüb.
Şimali makedoniyalı yarımmüdafiəçi bu matçda qol vurmağa nail olub. O, ikinci hissənin əvvəlində penaltini dəqiq yerinə yetirib. “Qəbələ” fərqi artırmağa da yaxın olub. Felipe Santosun zərbəsindən sonra top tirə tuş gəlib. Azlıqda qalan meydan sahibləri oyunda dönüş yaratmağa çalışsa da, Elmar Baxşıyevin yetirmələri təşəbbüsü əldən verməyib. Sonadək qarşılıqlı hücumlarla davam edən matçda hər iki komandanın fərqlənmək imkanları olub. Üstünlüyünü qoruyan “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, hər iki oyunda qələbə qazanan “Qəbələ” finala yüksəlib. Komandamız iyunun 3-də “Bakcell Arena”da keçiriləcək görüşdə “Neftçi” ilə qarşılaşacaq.
“Səbail”
12. Hüseynəli Quliyev
6. Cabir Əmirli (k)
15. Vüqar Həsənov
7. Ruslan Hacıyev
(10. Ağabala Ramazanov, 52)
27. Emil Martinov
(2. Adil Nağıyev, 52)
11. Qoba Zakpa
(88. Matiya Lyuyiç, 52)
99. David Qomis
30. Franko Mazurek
(21. Kizito Luvaqa, 67)
5. Petro Stasyuk
23. Qustavo de Fransa
4. Maksim Çex
(96. İlkin Muradov, 67)
Ehtiyat oyunçular:
1. Emil Balayev
14. Rahid Əmirquliyev
9. Mirabdulla Abbasov
3. Turan Manafov
17. Rafael Məhərrəmli
8. Elmir Tağıyev
22. Samir Abdullayev
Baş məşqçi: Şahin Diniyev
“Qəbələ”
13. Kristof Atanqana
2. İlkin Qırtımov
(28. Murad Musayev, 71)
34. Urfan Abbasov (k)
27. Məqsəd İsayev
77. Emil Səfərov
(9. Əyyub Allaş, 64)
91. Ramon Maçado
(14. Ülvi İsgəndərov, 64)
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
(11. Asif Məmmədov, 80)
97. Felipe Santos
(10. Omar Hani, 71)
6. Feras Abu Akal
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
16. Nicat Əliyev
17. Yaovi Akakpo
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev