«Qəbələ» Bakı birinciliyində 7 medal qazandı
Cüdo / 22 Oktyabr 2013 | 11:10760
«Qəbələ» Bakı birinciliyində 7 medal qazandı

"Qəbələ" İdman Klubunun cüdo bölməsi daha bir uğura imza atıb. Böyüklər arasında Bakı Birinciliyinə qatılan komandamız çempionatı 7 medalla tamamlayıb - 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticələrdən sonra "qırmızı-qaralar" iştirakçı komandalar arasında 3-cü yerdə qərarlaşıb. İlk iki pilləni isə müvafiq olaraq "Kanokan TT" və "Nizami" kollektivləri tutub.

"Qəbələ"ni təmsil edən aşağıdakı cüdoçular mükafatçılar sırasında yer alıb:

I yer: Arif Şahlarov (60 kq), Leyla Şahin (57 kq), Şəfəq Məmmədova (48 kq) 
II yer: Rüfət İsmayılov (81 kq)
III yer: Soltan Ağayev (81 kq), Lalə Gülbalayeva (63 kq), Nərgiz Hacıyeva (57 kq)