Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bərpa edib. Ölkəyə qayıtdıqdan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələrək ilk məşqinə çıxıb. Topaz Premyer Liqasının XIX turunun “Bakı” ilə oyununun hazırlığına başlayan Roman Qriqorçukun yetirmələri günü səhər məşqi ilə tamamlayıb. Paytaxtda baş tutan məşq prosesində toplu çalışmalar və fiziki hazırlığa üstünlük verilib. Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib.
Sabah komandamız oyunöncəsi son məşqini keçirəcək. Hazırlıqlar oyunun baş tutacağı “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək. Məşq prosesi oyunun başlayacağı vaxtda – saat 14:00-da başlayacaq.
Qeyd edək ki, fevralın 1-də keçiriləcək “Bakı” – “Qəbələ” oyunu saat 14:00-da başlayacaq.