"Qəbələ" - "Bakı" 4:0
29 aprel 2012. Saat 17:00. Qəbələ şəhər stadionu. 800 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Coşqun Həsənov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Vurğun Hüseynov, 57 ; Luiz Paulo Hillario, 71 Qrem Smit, 90 // Aqil Məmmədov, 42 ; Şəhriyar Əliyev, 51
Qollar: Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2
İstifadə olunmamış penalti:Yannik Kamanan, 43
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Unibank Premyer Liqasının XXX turunda - 2011-2012 mövsümünün son ev oyununda "Qəbələ" "Bakı"nı qəbul etdi. Daha əvvəl 21 dəfə üz-üzə gələn komandaların statistiki göstəricilərinə görə "Bakı" daha üstün görünürdü. Bu günə kimi keçirilən qarşılaşmaların yalnız 2-sində "Qəbələ" qələbə qazanmışdı kı, o da 2010-cu il mayın 1-nə - 730 gün əvvələ təsadüf etmişdi. Bu baxımdan paytaxt təmsilçisi ilə matçlarda uğursuzluq sindromu yaşıyan meydan sahibləri qarşılaşmaya prinsipial yanaşırdılar.
Qarşılaşma tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürdü. Matçın ilk yarım saatı tərəflərin bərabər mübarizəsi şəraitində keçsə də, "Qəbələ" tədricən üstünlüyə yiyələnməyə başladı. Artıq 37-ci dəqiqədə meydan sahiblərinin bu üstünlüyü hesabda da özünü biruzə verdi. Yannik Kamanan cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasını irəli çıxardı - 1:0. Cəmi 6 dəqiqə sonra Kamanan dublunu rəsmiləşdirmək imkanı qazansa da, bu şansı dəyərləndirə bilmədi. Dodoya qarşı cərimə meydançası daxilində qapıçı tərəfindən edilən kobudluqdan sonra hakim penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Kamanan qapıçı səddini aşa bilmədi. Bu ilk hissənin son ən yaddaqalan epizodu olduş
İkinci hissəyə də "Qəbələ" daha üstün və istəkli başladı. Bunun məntiqi nəticəsi kimi 49-cu dəqiqədə Fatih Kavlakın yetirmələri hesab arasındakı fərqi artırdılar. Vurğun Hüseynov elverişli mövqedən topu tora qovuşdurdu. 58-ci dəqiqədə isə Viktor Mendi səhnəyə çıxdı. Bruno da Silvadan ideal ötürmə alan Mendi reydini qolla tamamladı - 3:0. Bu da matçda vurulan son qol olmadı. Oyuna sonradan daxil olan Nodar Məmmədov matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qüvvətli zərbə ilə "Bakı"nın darmadağınını rəsmiləşdirdi - 4:0.
Beləliklə, "Qəbələ" 730 günlük "Bakı" sindromuna 4 qolluq darmadağınla son qoydu.
Novruz Əzimov: “Bugünkü oyunda məğlub olmağımıza baxmayaraq, oyun maraqlı keçdi. Əsas heyətin dörd üzvü zədə ucbatından bu oyunda iştirak edə bilmirdi. Oyuna tam hazırlaşa bilməmişdik. Komanda fiziki cəhətdən yorğun idi. “Qəbələ”yə gələcək oyunlarda uğurlar”.
Fatih Kavlak: “Rəqibimizin yorğun olması bizim üçün üstünlük oldu. Oyuna ciddi hazırlaşmışdıq. Yaratdığımız qol imkanlarından istifadə etdik və qalib gəldik. Gələcək oyunlarda da güclü komanda olduğumuzu göstərəcəyik”.
“Qəbələ”
30. Qrem Smit
3. Vurğun Hüseynov (k)
8. Bruno da Silva
9. Viktor Mendi
(7. Yaşar Abuzərov, dəq.79)
11. Yannik Kamanan
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
21. Elmar Baxşıyev
26. Daniel Lopes Kruz
(15. Nodar Məmmədov, dəq.85)
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario
(38. Elnur Mustafayev, dəq.73)
Ehtiyat oyunçular:
1. Elnar Kərimov
17. Arif İsayev
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu
Baş məşqçi: Fatih Kavlak
“Bakı”
16. Aqil Məmmədov
3. Deniss İvanovs
6. İbrahim Karqbo
(32. Aleksey Savinov, dəq.75)
7. Çesnauskis Deividas
10. Lukas Mario Horvat
11. Elvin Məmmədov
(19. Nurlan Novruzov, dəq.66)
15. Cəmşid Məhərrəmov (k)
24. Nenad Kovaçeviç
25. Şəhriyar Əliyev
(22. Tural Qürbətov, dəq.60)
98. Kontreras Pardo Sergio
99. Rəhman Hacıyev
Ehtiyat oyunçular:
1. Marko Şarliya
4. Vadim Borets
17. Namiq Ələsgərov
20. Elşad Manafov
Məşqçi: Novruz Əzimov