«Qəbələ» «Bakı»ya dur dedi - Reyin 11-ci qolu
Xəbərlər / 1 Dekabr 2012 | 14:18364
"Qəbələ" - "Bakı" 1:0
Rey Məmmədbəyli, 25
Əvəzedicilər çempionatının XV turunda "Qəbələ" doğma divarlar arasında "Bakı"nı qəbul etdi. İlk pillədə qərarlaşan və arxada qoyduğumuz 14 tur ərzində məğlubiyyət yaşamayan paytaxt təmsilçisi ilə Luis Araqonun yetirmələrinin qarşılaşması maraq doğururdu. İlk dövrədə Bakıda baş tutan oyunda meydan sahibləri 3:2 hesabilə qalib gəlmişdilər. Bu baxımdan matçı revanş da adlandırmaq olardı.
Matç "Qəbələ"nin hücumları ilə start götürdü. Meydan sahiblərinin təzyiqi yalnız 25-ci dəqiqədə öz bəhrəsini verdi. Rəşid Əmiraslanovun ideal ötürməsini Rey Məmmədbəyli dəqiq zərbə ilə tamamladı - 1:0. Bu Reyin cari çempionatda vurduğu 11-ci qol kimi tarixə düşdü. Matçın qalan dəqiqələri maraqlı mübarizə şəraitində keçdi. Hər iki tərəfin fərqlənmək imkanı olsa da, bəzi məqamlarda futbolçuların qeyri-dəqiqliyi, bəzi məqamlarda isə qapıçıların diqqətli oyunu hesabın dəyişməsinə imkan vermədi. Beləliklə, "Qəbələ" 14 tur məğlubiyyətsiz irəliləyən "Bakı"ya dur dedi və paytaxt təmsilçisinə cari çempionata ilk məğlubiyyət acısını yaşatdı.