AZAL 3-3 “Qəbələ”
20 noyabr 2014. Saat 16:00. “AZAL Arena”, 200 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Coşqun Həsənov
Dördüncü hakim: Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Eduardo Makiel, 59 (qeyri-idman hərəkəti); Eltun Yaqublu, 82 (qeyri-idman hərəkəti) // Pavol Farkaş, 18 (qeyri-idman hərəkəti); Sadiq Quliyev, 25 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 78 (qeyri-idman hərəkəti)
Qollar: Eduardo Makiel, 32; Viktor İqbekoyi, 50; Freddi Mombonqo, 80 // Laşa Kasradze, 23 (ö.q); Markus Kunya, 70; Cavid Hüseynov, 87 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XII turun oyunları keçirilib. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk matçını səfərdə keçirən “Qəbələ” AZAL-ın qonağı olub. Dorinel Muntyanunun yetirmələri paytaxtdakı görüşə ciddi itkilərlə çıxıb. Belə ki, iki dayaq yarımmüdafiəçisi - Ruslan Abışovla Elvin Camalov sarı vərəqə limitini doldurduğu üçün “AZAL Arena”dakı oyunda iştirak etməyib. Viktor Mendi ilə Aleksandru Benqanın da zədəlilər sırasına qoşulması Ruslan Əmircanovla Vladimir Levinin də xidmətindən məhrum olan komandanı çətin vəziyyətdə qoyub. Nəticədə baş məşqçi gənc Sadiq Quliyevi dayaq yarımmüdafiəçisi mövqeyində sınamalı olub.
Bütün bu itkilərə baxmayaraq, “Qəbələ” səfər oyununda ərazi üstünlüyünə malik olub. Matçboyu üstün oyun nümayiş etdirən “qırmızı-qaralar” sonda yalnız bir xalla kifayətlənib. Belə ki, məhsuldar keçən görüş 3:3 hesabı ilə başa çatıb.
İlk yarıda Cavid Hüseynovun cinah ötürməsindən sonra Laşa Kasradzeyə toxunan top bakılıların qapısından keçib. Avtoqolla önə keçən “Qəbələ” az keçməmiş bərabərlik qoluna üzülüb. Meydan sahibləri Eduardonun baş zərbəsi ilə hesabda tarazlıq yaradıb. Bundan sonra Cavidin təhlükəli baş zərbəsi yaddaqalan olsa da, qapının üstündən keçib.
Fasilədən sonra da ssenari dəyişməyib. Ərazi üstünlüyünə malik olan “Qəbələ” daha çox hücum etsə də, iki dəfə hesabda geri düşüb. Belə ki, əks-hücumlara bel bağlayan meydan sahibləri sürətli həmlələrdən sonra iki dəfə fərqlənib. Maraqlıdı ki, bakılılar oyundakı hər 3 qolunu başla vurub. Lakin hesab 2:1 olanda Cavidin ötürməsindən sonra topla yaxşı rəftar edən Markinyoş bərabərliyi təmin edib. Epizodların birində isə əks-hücum zamanı Kamran Ağayev onunla təkbətək qalan rəqibinin fərqlənməsinə imkan verməyib. Hesab 3:2 olduqdan sonra isə Markinyoşun qazandığı penaltini Cavid dəqiq yerinə yetirib. Bakıdakı görüş Bəxtiyar Soltanovunda “Qəbələ”də debütü ilə əlamətdar olub. Lakin sonradan meydana daxil olan hücumçu da komandasının qələbəsinə kömək edə bilməyib.
Beləliklə, “Qəbələ” Bakı səfərindən məhsuldar heç-heçə ilə qazandığı 1 xalla dönür.
AZAL
1. Ruslan Məcidov
4. Laşa Kasradze
15. Oskars Klava
22. Eltun Yaqublu
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
6.Konseysao Eduardo
17. Viktor İqbekoyi
(18. Orxan Lalayev, 90+1)
10. Tomi Kostadinov
20. Freddi Mombonqo
(9. Aydın Qasımov, 85)
27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular:
16. Stanislav Namaşko
3. Xuan Fransisko
21. Novruz Məmmədov
30. Seymur Əsədov
7. Təmkin Xəlilzadə
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”
1. Kamran Ağayev (k)
5. Sadiq Quliyev
(90. Ekiqo Ehiosun, 63)
8. Markus Kunya
10. Dodo
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
21. Yazalde Pinto
(27. Bəxtiyar Soltanov, 60)
25. Adrian Ropotan
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
11. Andrei Kristea
13. Murad Musayev
39. Salman İbrahimov
99. Tellur Mütəllimov
Baş məşqçi: Dorinel Munteanu