«Qəbələ» Bakıya yollandı
Xəbərlər / 15 İyul 2021 | 20:37171
«Qəbələ» Bakıya yollandı

“Qəbələ” yeni mövsümün hazırlıqlarının birinci mərhələsini başa vurub. “Qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb. Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komandamız Bakıya yollanıb. Elmar Baxşıyevin yetirmələri iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək. Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Komandamız sabah “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə İdman Kompleksində keçiriləcək matç saat 19:00-da başlayacaq. “Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.