“Qəbələ” – “Baku Sportinq” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 Oktyabr 2024 | 20:12492
“Qəbələ” – “Baku Sportinq” oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda II təsnifat mərhələsinin təyinatları açıqlanıb. Oktyabrın 28-31-də baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Baku Sportinq”lə ev matçının təyinatları da müəyyənləşib. Son oyun günündə keçiriləcək qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Vüqar Bayramov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nazim Abdullayev yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 31-da Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.

 

Azərbaycan kuboku

II təsnifat mərhələsi

31 oktyabr (cümə axşamı)

15:00. “Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu