I Liqada 2025-ci ilin ilk təyinatları açıqlanıb.
Yanvarın 30-31-də baş tutacaq XII turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “Baku Sportinq”lə ev matçının təyinatları da müəyyənləşib.
Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Namiq Bəkirov olacaq. Ona Səbuhi Soltanov və Səbuhi Əmrahov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. Görüşün hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.
Qeyd edək ki, yanvarın 30-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Baku Sportinq” matçı saat 15:00-da başlayacaq.