«Qəbələ» «Beşiktaş»la birgə məşqə çıxdı - Fotolar
Xəbərlər / 28 Sentyabr 2012 | 10:28324
Istanbulda təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası "Galatasaray" oyunu öncəsi "Beşiktaş"la birgə məşqə çıxıb. Hər iki komandanın məşqçi heyətinin iştirak etdiyi hazırlıq prosesi Nevzat Demir Təsislərində baş tutub. Yüksək əhval-ruhiyyədə keçən məşq gənc futbolçular üçün yaddaqalan olub.