«Qəbələ» boksçularından iki medal
Xəbərlər / 19 Aprel 2015 | 15:28210
«Qəbələ» boksçularından iki medal

“Baku Cristal Hall”da keçirilən boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşlərinə start verilib. Avropa Oyunlarına test xarakteri daşıyan yarışda mübarizə aparan Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun da boksçuları təmsil olunub. İdmançılarımız yarışda uğurla çıxış edib. Bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor finalda Fransa təmsilçisi Hassan Amzile ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə də rəqibinə heç bir şans verməyib – 3:0.
Finaldan sonra Sotomayor qələbəsinə qısa şərh verib: “Çox çətin döyüş oldu. Həlledici qarşılaşmaya daha yaxşı köklənmişdim. Rəqibim rinqdə çox hərəkətli idi. Mən də düzgün strategiya seçib, yaxşı konsentrasiya olmuşdum”.
Mübarizəni yarımfinalda dayandıran digər təmsilçimiz Kamran Şahsuvarov da turniri fəxri kürsüdə başa vurub. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız bürünc mükafata yiyələnib