Oktyabrın 21-də “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Bir neçə gündür görüşün təşkil olunacağı Krivoy Roq şəhərinə yollanan komandamız hazırlıqlarını Ukraynada davam etdirir. Bu gün qarşılaşma ərəfəsində boksçularımızın KİV nümayəndələri üçün açıq məşqi gerçəkləşib. Hazırlıq prosesində yerli media qurumlarının əməkdaşları iştirak ediblər. Sabah “Qəbələ” və KB-75 boksçularının çəkiölçmə mərasimi keçiriləcək.
Xatırladaq ki, 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.