«Qəbələ» Bosniya və Herseqovinada son məşqinə çıxdı - Fotoreportaj
Xəbərlər / 9 İyul 2014 | 22:15218
Sabah UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda səfərdə (ilk oyun 0:2) "Şiroki Briyeq"lə qarşılaşacaq "Qəbələ" bu gün matçın keçiriləcəyi Şiroki Briyeq şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb. Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda toplu və topsuz çalışmalar yerinə yetirib.
Xatırladaq ki, "Şiroki Briyeq"-"Qəbələ" matçı sabah Bakı vaxtı ilə 23:30-da start götürəcək.