“Kəpəz” – “Qəbələ” – 0:3
21 avqust 2022. Saat 18:00. Qəbələ şəhər stadionu, 900 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Vüsal Məmmədov
Dördüncü hakim: Rövşən Rəcəbov
VAR hakimi: İnqilab Məmmədov
VAR hakiminin köməkçisi: Müslüm Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: İsnik Alimi, 23 (qeyri-idman hərəkəti); Omar Hani, 76 (qeyri-idman hərəkəti)
Qollar: Məqsəd İsayev, 18; Ramon Maçado, 27; Rövlan Muradov, 57
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
Bu gün Misli Premyer Liqasında III turun son oyun gününə start verilib. Günün ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” öz meydanında “Kəpəz”in qonağı olub. Gəncə təmsilçisi ev oyunlarını “qırmızı-qaralar”ın stadionunda keçirdiyi üçün komandamız üçün bu görüş səfər xarakteri daşıyıb.
Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətdə bir dəyişiklik edib. Ramon Maçado ilk “11-lik”də Asif Məmmədovu əvəz edib. Sonuncunun yoxluğunda kapitan sarğısını Murad Musayev daşıyıb.
Matç qısa kəşfiyyatla başlasa da, “qırmızı-qaralar” tezliklə təşəbbüsə yiyələnib. Ardıcıl hücumlar edən “Qəbələ” bir neçə qol imkanını qaçırıb. İlk yarının ortalarında iki dəfə fərqlənən komandamız Məqsəd İsayev və Ramon Maçadonun qolları ilə hesabda önə keçib. Fasiləyədək həm Maçado, həm də Felipe Santos fərqi artırmaq şanslarını qaçırıb. Gəncə təmsilçisi isə bir neçə əks-hücumla Səlahət Ağayevi narahat etməyə çalışıb.
İkinci hissədə ssenari dəyişməyib. Üstünlüyə sahib olan “Qəbələ” rəqib qapısı önündə təhlükəli epizodları sıralayıb. Bunlardan birində Rövlan Muradov 3-cü qolu vurub. Üçüncü topdan sonra “Kəpəz” təsəlli qolu üçün fəallaşmağa çalışsa da, “qırmızı-qaralar” üstünlüyü əldən verməyib. Daha çox hücum quran komandamız rəqib qapısına hücumlar qursa da, fərqi artıra bilməyib.
Beləliklə, mövsümün startında ardıcıl 3-cü qələbəsini qazanan “Qəbələ” top fərqinə görə liderliyə yüksəlib.
“Kəpəz”
12. Kamran İbrahimov
8. Tural Axundov (k)
11. Rauf Əliyev
(80. Tural Rzayev, 80)
32. Elvin Yunuszadə
74. Yusif Nəbiyev
(14. Elçin Əlicanov, 65)
77. Fərid Nəbiyev
2. Zamiq Əliyev
40. Ahmed Ayzaya
9. Mate Kvirkviya
7. Giorgi Kantariya
(70. Nicat Süleymanov, 71)
19. Abdullahi Şuaybu
(27. Samir Məhərrəmli, 46)
Ehtiyat oyunçular:
1. Müşviq Nadirov
68. Orxan Sadıqlı
22. Əfran İsmayılov
10. Əli Səmədov
5. Peyman Keşavarzi
Baş məşqçi: Yaşar Vahabzadə
“Qəbələ”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
(77. Emil Səfərov, 85)
28. Murad Musayev (k)
7. Rövlan Muradov
(10. Omar Hani, 59)
91. Ramon Maçado
(11. Asif Məmmədov, 59)
4. Ruan Renato
5. İsnik Alimi
(8. Andrey Strijak, 85)
23. Rafael Utziq
97. Felipe Santos
(14. Ülvi İsgəndərov, 67)
6. Feras Abu Akal
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev