«Qəbələ» bu gün Almaniyaya yollanacaq
Xəbərlər / 3 Noyabr 2015 | 03:12152
«Qəbələ» bu gün Almaniyaya yollanacaq

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarına start verib. Topaz Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən oyunundan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün komandamız Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Günorta saatlarında isə komandamız Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq də noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.
Xatırladaq ki, qrupda ikinci səfər oyununa çıxacaq komandamızın “Borussiya” ilə noyabrın 5-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Avropa Liqası
Qrup mərhələsi
IV tur, 5 noyabr
C qrupu
22:00. “Borussiya” (Dortmund, Almaniya) - “Qəbələ”
Baş hakim: Sebastyan Delferier (Belçika)
Baş hakimin köməkçiləri: İv de Neve, Rien Vanizere (hər ikisi Belçika)
Əlavə köməkçi hakimlər: Conatan Lardot, Erik Lambrexts (hər ikisi Belçika)
Dördüncü hakim: Stiyn Hutsebot (Belçika)
UEFA nümayəndəsi: George Koumas (Kipr)
Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)
Dortmund. BVB stadionu