Gürcüstanın Tbilisi şəhərində keçirilən "Dinamo Cup" beynəlxalq turnirində ilkin mərhələ başa çatıb. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası bu mərhələdə üç oyun keçirib. Yarışın ilk günündə "Riqa" (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan komandamız daha iki matça çıxıb. Litvanın "Ateitis" klubu üzərində böyükhesablı qələbə qeydə alınıb - 4:1. İkinci görüşdə meydan sahibi "Dinamo"ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub.
İlk iki pillədə olan "Dinamo" (9 xal) və "Riqa" (4 xal) final, "Qəbələ" ilə "Ateitis" (1 xal) üçüncü yer uğrunda oyuna çıxacaqlar.
Xatırladaq ki, yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş üç 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. "Qəbələ”nin heyətində iki belə futbolçu var.