Bu gün I Liqada XVII tura start veriləcək.
Turun matçları iki günü əhatə edəcək. Yarışın lideri olan “Qəbələ” sabah meydana çıxacaq.
“Qırmızı-qaralar” səfərdə “Cəbrayıl”la qarşılaşacaq. Görüş Bakıda baş tutacaq.
“ASCO Arena”dakı matç “Qəbələ”nin I Liqada rəqib meydanlarında keçirdiyi 8-ci sınaq olacaq. Əvvəlki 7 səfərdə xal itirməyən Kaxaber Tsxadadzenin yetirmələri seriyanı 8-ə çatdırmağa çalışacaq.
Qeyd edək ki, 16 turdan sonra 42 xala malik “Qəbələ” ən yaxın izləyicilərini 12 xal qabaqlayır.
I Liqa
XVII turun
7 mart (cümə)
13:00. “Cəbrayıl” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”