“Qəbələ” “Cəbrayıl”a qarşı
Xəbərlər / 7 May 2025 | 14:2315938
“Qəbələ” “Cəbrayıl”a qarşı

Sabah I Liqada XXV tura start veriləcək.

 

“Qəbələ” ilk oyun günündə “Cəbrayıl”la qarşılaşacaq. “Qırmızı-qaraıar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.

 

I Liqanın çempionluğunu təmin edən Kaxaber Tsxadadzenin yetirmələri 24 turda 58 xal toplayıblar. “Cəbrayıl”la görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

 

I Liqa, XXV tur

8 may (cümə axşamı)

17:00. “Qəbələ” – “Cəbrayıl”
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu