“Qəbələ” “Cəbrayıl”la qarşılaşacaq
Xəbərlər / 27 Avqust 2024 | 15:333863
“Qəbələ” “Cəbrayıl”la qarşılaşacaq

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” sabah “Cəbrayıl”la üz-üzə gələcək.

 

Qarşılaşma Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Matç saat 17:45-də başlayacaq.

 

Bu, Kaxaber Tsxadadzenin yetirmələrinin mövsümlərarası fasilədə 5-ci görüşü olacaq. Bunadək Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən komandamız “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.