“Qəbələ” – “Cəbrayıl” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 6 May 2025 | 15:5415961
“Qəbələ” – “Cəbrayıl” oyununun hakimləri müəyyənləşdi

I Liqada XXV turun təyinatları açıqlanıb.

 

Mayın 8-9-da baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Cəbrayıl”la ev matçının təyinatları da müəyyənləşib.

 

Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Səbuhi Soltanov və Səbuhi Əmrahov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

 

Qeyd edək ki, mayın 8-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Cəbrayıl” matçı saat 17:00-da başlayacaq.