I Liqada XXV turun oyun cədvəli açıqlanıb.
“Qəbələ”nin “Cəbrayıl”la matçının vaxtı və yeri dəqiqləşib. “Qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək. Mayın 8-də baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matç Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 22 oyundan sonra 55 xalla I Liqanın lideri olan “Qəbələ XXIII turun bu gün keçiriləcək görüşündə MOİK-i qəbul edəcək. XXIV turun “Karvan”la səfər oyunu isə mayın 2-də baş tutacaq.