«Qəbələ» çempionata sülhlə başladı
Oyun icmalı / 4 Avqust 2012 | 13:34439
«Qəbələ» çempionata sülhlə başladı

"Simurq" - "Qəbələ" 1:1

4 avqust 2012. Saat 19:00. Zaqatala şəhərstadionu. 1500 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev
Dördüncu hakim: Fərid Məmmədov 
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: İlkin Qırtımov, 58 (qeyri-idman hərəkəti) // Ürfan Abbasov, 31 (qeyri-idman hərəkəti); 84 (bilərəkdən əliylə rəqibi tutduğuna görə); Elmar Baxşıyev, 39 (sistematik qayda pozuntusu)
Qırmızı vərəqə: Ürfan Abbasov, 84 (bilərəkdən əliylə rəqibi tutduğuna görə) 
Qollar: İlkin Qırtımov, 66 // Kelhar Deyan, 15 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

XXI Azərbaycan çempionatı start götürdü. Komandamız ilk turda "Simurq"un qonağı oldu. Baş məşqçimiz Fatih Kavlak yeni transferlərdən Dieqo Kosta Silva, Omar Kalabane, Rəşad Abdullayev və Deyan Kelyara start heyətində şans vermişdi. İlk dəqiqələrdə tərəflər ehtiyatlı, kəşfiyyat xarakterli oyuna üstünlük verdilər. Amma komandamızın 15-ci dəqiqədə təşkil etdiyi hücum qolla nəticələndi. Yeni transfer Deyan Kelyar hesabı açdı. Bu qol oyunda xeyli canlanma yaratdı. Hər iki komanda açıq futbola üstünlük verirdi. "Qəbələ"nin əks-hücumları daha təhlükəli alınırdı. Əvvəlcə Kamanan ötürmə zamanı topu ram edə bilsəydi, qapıçı ilə üzbəüz qalacaqdı. Dodo və Rəşad Abdullayevin uzaq məsafədən zərbələrində isə dəqiqlik çatmadı. İkinci hissə bir qədər sönük keçdi. Meydan sahibləri 66-cı dəqiqədə vurduqları qolla hesabı bərabərləşdirdilər. Bundan dərhal sonra Kelyar yenidən komandamızı hesabda önə keçirə bilərdi. Lakin onun zərbəsindən sonra qapı dirəyi sevinməyimizə imkan vermədi. Bununla da, "Qəbələ" ilk turda Zaqataladan 1 xalla döndü.

“Simurq”

1. Dmitriy Kramarenko
2. İlkin Qırtımov
3. Rasim Ramaldanov (k)
(17. Rüstəm Məmmədov, dəq.88)
4. Dilaver Zrnanoviç
5. Rüstəm Abbasov
(8. Qədir İbrahimov, dəq.13)
7. Ruslan Poladov
9. Marsin Burkbard
13. Aleksandr Şemonayev
15. Stepan Polyak 
21. Murad Səttarlı
79. Nenad Stoyanoviç
(20. Rəşad Əyyubov, dəq.90+1)

Ehtiyat oyunçular:

99. Əyyub Əliyev
18. Qafar Qafarov
19. Nicat Qurbanov
24. Mehman Məmmədov

Baş məşqçi: Georgi Çıxradze

                
“Qəbələ”

25. Kosta Silva Dieqo
3. Vurğun Hüseynov (k)
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
15. Kalabane Umar
18. Aleksandr Çertoqanov 
21. Elmar Baxşıyev
(22. Lourival Rodriqes, dəq.60)
27. Rəşad Abdullayev
(9. Viktor Mendi, dəq.69)
34. Ürfan Abbasov
84. Kelhar Deyan 
88. Nodar Məmmədov

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
8. Bruno Da Silva
20. Rəşid Əmiraslanov
23. Şəhriyar Xəlilov
45. Murad Musayev

Baş məşqçi: Fatih Kavlak

Fatih Kavlak: “Yeni mövsümdə hər kəsə uğurlar arzulayıram. İlk oyunda qalib gəlmək istəyirdik, lakin 1 qol vurmağımıza baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, “Simurq” yaxşı komandadır”.

Georgi Çixradze: “İlk oyunlarla hər kəsi təbrik edirəm. Çətin, amma yaxşı oyun oldu. Qapımızdan top buraxdıqdan sonra əzmkarlıq göstərib hesabda tarazlığı bərpa etdik. “Qəbələ” kimi rəqiblə oyunda heç-heçə bizim üçün yaxşı nəticədir”.