Qəbələ cüdo məktəbinin ilk uğuru
Xəbərlər / 10 İyun 2013 | 07:00377
Qəbələ cüdo məktəbinin ilk uğuru

Qısa müddət öncə "Qəbələ" İdman Klubunun nəzdində doğma şəhərdə fəaliyyətə başlayan cüdo məktəbi artıq bəhrə verməyə başlayıb. Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə 9 saylı Uşaq Gənclər İdman Məktəbinin Açıq Birinciliyində cüdoçumuz Fərid Quliyev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Cəmi 38 gündür cüdo ilə məşqul olan Fərid 1998-ci ildə Qəbələ rayonunun Laza kəndində anadan olub. 1 may 2013-cü ildən klubumuzun Qəbələ şəhərində təşkil etdiyi cüdo məktəbində məşqlərə başlayıb və qısa müddət sonra ilk uğurunu qazanıb. 
Xatırladaq ki, Qəbələdə fəliyyət göstərən cüdo məktəbinə klubumuzun Qəbələ şəhəri üzrə məşqçisi, idman ustası Rail İsmayılov rəhbərlik edir. Hazırda onun rəhbərliyi altında 70-dən artıq idmançı cüdonun sirlərinə yiyələnir.