«Qəbələ» cüdoçularından 2 medal
Cüdo / 8 Oktyabr 2016 | 20:47649
«Qəbələ» cüdoçularından 2 medal

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları keçirilir. Turnirin ikinci günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb. Cəlil Şükürov 100 kq çəki dərəcəsində gümüş, Rüfət İsmayılov 81 kq çəki dərəcəsində bürünc medalını qazanıb. Daşkənd tatamisində 4 görüş keçirən İsmayılov öncə özbəkistanlı Sunnatulla Azimov, ardınca monteneqrolu Srcan Mrvalyeviçə ipponla qalib gəlib. Yarımfinalda özbəkistanlı Davlat Bobonova uduzan idmançımız 3-cü yer uğrunda mübarizə aparmalı olub. Yığmamızın digər cüdoçusu Afiq Səfərli ilə qarşılaşmada qalib gələn Rüfət bürünc medala yiyələnib. Cəlil isə özbəkistanlı Erkin Doniyarov və Tacikistan təmsilçisi Saidjalol Saidovu məğlub edərək, finala yüksəlib. Həlledici qarşılaşmada Soyib Kurbonova uduzan idmançımız gümüş medalla kifayətlənib.