«Qəbələ» cüdoçularından 3 medal
Cüdo / 14 May 2017 | 15:261921
«Qəbələ» cüdoçularından 3 medal

“Qəbələ” İdman Klubunun cüdo üzrə açıq birinciliyi keçirilib. “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna və Qazaxıstan təmsilçiləri də mükafatlar uğrunda mübarizə aparıblar. Qəbələ Olimpiya Kompleksində keçirilən birincilikdə 28 komandadan 450 idmançısı tatami üzərinə çıxıb.

“Qəbələ”nin cüdoçuları 2005-2007-cı il təvəllüdlü idmançıların yarışında 2 medal qazanıblar. Nicat Abduləzimov 42 kq, Tamerlan Cabbarov 55 kq çəki dərəcəsində finala qədər irəliləyərək, II yeri tutublar. 2003-2004-cı il  təvəllüdlü cüdoçuların mübarizəsində Qismət Məmmədov fərqlənib. O, 50 kq çəki dərəcəsində gümüş mükafata yiyələnib. Birinciliyin qalibləri “Qəbələ” İdman Klubu tərəfindən diplom və medallarla təltif ediliblər.