«Qəbələ» cüdoçularından 6 medal
Cüdo / 25 Noyabr 2013 | 07:53881
Hövsan Olimpiya Kompleksində 2000-2001 təvəllüdlü cüdoçular arasında klublararası turnir keçirilib. Birincilikdə uğurla çıxış edən "Qəbələ" yekunda bütün kollektivləri qabaqlayaraq I yeri tutub. "Qırmızı-qaralar" 8 çəki dərəcəsində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Bəndalı Bəndalıyev (30 kq), Fəris İgidov (42 kq) və Tunar Həmzəyev (66 kq+) yarışı qızıl medalla tamamlayıb. Orxan Yaqubov 55 kq çəki dərəcəsində gümüş medalı boynundan asıb. Hacıxəlil Məmmədov (46 kq) və İlqar Həbilov (46 kq) yarışın bürünc medalına sahib çıxıb. İstedadı ilə diqqət çəkən Fərid İgidov öz çəki dərəcəsində ölkəmizin gələcək vəd edən cüdoçularından hesab olunur.