Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən yarışın son günündə kişilər arasında 100 kq və +100 kq çəki dərəcələrində ölkə mükafatçılarının adlarına aydınlıq gətirib. “Qəbələ” İdman Klubunun cüdoçuları günü iki medalla başa vurublar. +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Eyni kateqoriyada mübarizə aparan Ayxan Cəfərov bürünc medal qazanıb.
Beləliklə, “Qəbələ” çempionatı 5 mükafatla başa vurub. Yarışın ilk günündə Vüqar Şirinli qızıl, Mehman Sadıxov gümüş (hər ikisi 60 kq), ertəsi gün Rüfət İsmayılov (90 kq) bürünc medal qazanıb.