«Qəbələ» cüdoçularından növbəti uğur - Avropadan qızıl və gümüş medalla
Cüdo / 7 Aprel 2013 | 09:471132
«Qəbələ» cüdoçularından növbəti uğur - Avropadan qızıl və gümüş medalla

Azərbaycanı beynəlxalq arenada təmsil edən "Qəbələ" cüdoçuları ölkəmizə medallarla qayıdır. Yunanıstanın Tessaloniki şəhərində keçirilən Gənclərin Avropa Kubokunda iştirak edən çüdoçularımız Mehman Sadıqov və Cəlil Cəlilov onlara bəslənən ümidləri doğruldub. 55 kq-da mübarizə aparan Mehman Sadıqov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Sadıqov finalda gürcü Georgi Saçhaleliyə şans verməyib. Digər idmançımız - 66 kq çəki dərəcəsində finala qədər uğurla irəliləyən Cəlil Cəlilov qızıl medal uğrunda görüşdə Gürcustan təmsilçisi Andro Beluaşviliyə məğlub olub və gümüş medala yiyələnib. "Qəbələ"nin digər cüdoçusu, Azərbaycanı 90 kq çəki dərəcəsində təmsil edən Dilavər Şirvanlı bu gün mübarizəyə qoşulacaq. 
Ümumilikdə Azərbaycan Kubokda hazırda 4 medal qazanıb. Telman Vəliyev (60 kq) və Afiq Səfərli (73 kq) bürünc medala sahib olublar.
Xatırladaq ki, bir neçə gün öncə Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı və “Qəbələ”ni təmsil edən Fəridə Həsənxanova 57 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.