«Qəbələ» cüdoçularının növbəti uğuru
Xəbərlər / 25 Fevral 2014 | 07:49221
«Qəbələ» cüdoçularının növbəti uğuru

Şağan Olimpiya İdman Kompleksində 2000-2001 təvəllüdlü cüdoçular arasında Xocalı soyqırımına həsr olunmuş 5-ci beynəlxalq turnir keçirilib. Yarış "Qəbələ" cüdoçularının uğurlu çıxışı ilə yadda qalıb. 4 ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırgızıstan) 400-ə yaxın idmançının qatıldığı turnirdə "Qəbələ" 27 komanda arasında birinci olub. Sumqayıt ikinci, "Neftçi" isə üçüncü pilləni tutub. Yarışda yeniyetmə idmançılarımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Aydın Feyzullayev (30 kq) və Əmrah Səlimli (38 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəhim Tahirov (30 kq), Nazir Talıbov (34 kq) və Asəf Zeynalov (38 kq) gümüş medala sahib çıxıb. Bəndalı Bəndalıyev (30 kq), Nahid İsmayılov (34 kq), Məhərrəm Eyvazov (42 kq) və Vidadi İmanov (55 kq) bürünc medalla kifayətlənib.