«Qəbələ» - «Çukariçki» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 18 İyul 2015 | 19:41144
«Qəbələ» - «Çukariçki» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi Serbiyanın “Çukariçki” klubu ilə cavab oyununun hakimləri müəyyənləşib. İyulun 23-də baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Radek Prjixoda olacaq. “Qəbələ” – “Çukariçki” oyunu Bakıda keçiriləcək. “Bakcell Arena”da baş tutacaq matç saat 21:00-da başlayacaq.
Bu cütün qalibinin III təsnifat mərhələsindəki potensial rəqibi də bəlli olub. İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticələrinə əsasən, “Qəbələ” – “Çukariçki” cütünün qalibi iyulun 30-da və avqustun 6-da keçiriləcək III təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) oyununun güclüsü ilə qarşılaşacaq. Bu komandaların Kiprdəki ilk oyununda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
23 iyul
21:00. “Qəbələ” – “Çukariçki” (Serbiya)
Baş hakim: Radek Prjixoda (Çexiya)
Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski (hər ikisi Çexiya)
Dördüncü hakim: Pavel Orel (Çexiya)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Hakim-inspektor: Andreas Şluxter (İsveçrə)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 0:1